Əsas Səhifə > Milli komandalar > Millimiz Qazaxıstanda ikinci oldu
Millimiz Qazaxıstanda ikinci oldu28-08-2018, 22:10 |
![]() Qazaxıstanda təşkil olunmuş “Prezident kuboku” turnirinə yekun vurulub. 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması final qarşılaşmasında Krasnodar Futbol Akademiyasının U-17 komandası ilə qarşılaşıb. Oyunun əsas vaxtı 0:0 hesabı ilə başa çatıb. Penalti seriyasında zərbələri daha dəqiq yerinə yetirən rəqib turnirin qalibi olub. Yığmamızın üzvləri – Veysəl Rzayev turnirin ən yaxşı yarımmüdafiəçisi, Musa Qurbanlı isə ən yaxşı hücumçusu adına layiq görülüb. Geri qayıt |