Əsas Səhifə > Milli komandalar > Yığmamızın rəqibləri bəlli oldu

Yığmamızın rəqibləri bəlli oldu


10-08-2018, 20:16


Qazaxıstan ənənəvi olaraq təşkil olunan "Prezident kuboku”nda iştirak edəcək 17 yaşadək futbolçulardan ibarət yığmamızın rəqibləri müəyənləşib.

Ramin Quliyevin başçılıq etdiyi komanda B qrupunda Qazaxıstanın U-17 və Qırğızıstanın U-16 yığmaları ilə mübarizə aparacaq.

Qeyd edək ki, turnir 23-29 avqust tarixlərində Talqar şəhərində keçiriləcək.
Geri qayıt