Əsas Səhifə > Milli komandalar > Zeyedoorf yığma komandaya baş məşqçi təyin edildi

Zeyedoorf yığma komandaya baş məşqçi təyin edildi


5-08-2018, 16:23


Hollandiyalı mütəxəssis Klarens Zeyedoorf Kamerun millisinin baş məşqçisi təyin edilib.

Bu haqda Kamerun Futbol Federasiyasının rəsmi Tvitter səhifəsi məlumat yayıb. “Milan”, “Real” və Hollandiya millisinin sabiq futbolçusuna məşhur Patrik Klüyvert kömək edəcək.

42 yaşlı Zeyedoorf bundan öncə “Milan”, eləcə də Çinin “Şençjen” və “Deportivo” klublarını çalışdırıb.
Geri qayıt