Əsas Səhifə > Milli komandalar > Millimizin "radarında" olan futbolçu “Fənərbaxça”da

Millimizin "radarında" olan futbolçu “Fənərbaxça”da


1-08-2018, 16:08


Azərbaycan gənclər millisinin üzvü Ozan Can Kökcünün qardaşı Orkun Kökcü karyerasını Türkiyədə davam etdirəcək. Yerli mətbuatın məlumatına görə, 17 yaşlı yarımmüdafiəçi “Fənərbaxça” ilə anlaşıb.

19 yaşadək futbolçulardan ibarət yığma komandamıza namizəd olan Orkunun “Beşiktaş”a keçmək şansı daha çox qiymətləndirilirdi. Lakin son anda baş məşqçi Filipp Koku vasitəsilə “Feyenoord” klubu ilə təmasa keçən “Fənər” qarşı tərəflə hərtərəfli anlaşıb.

Gənc oyunçu özü də artıq “sarı-lacivərdlilər”lə ilkin müqavilə bağlayıb.
Geri qayıt