Əsas Səhifə > Milli komandalar > FİASKO
FİASKO30-07-2018, 11:55 |
![]() Basketbol üzrə Azərbaycan millilərinin fiaskosu davam edir. U-16 və U-20 yığmalarımızın ardınca yaşı 18-dək olan oğlanlardan ibarət komandamız da biabırçı çıxışı ilə diqqət mərkəzinə düşüb. A deyil, B divizionunda oynayan millimiz Makedoniyanın paytaxtı Skopyedə keçirilən Avropa birinciliyinin ilk 3 turunda məğlubiyyətə üzülüb. Belə ki, B qrupunda yer alan Samit Nuruzadənin komandası I turda Belçika ilə üz-üzə gəlib. Görüş rəqibin 108:46 (!) hesablı qələbəsi ilə yekunlaşıb. Basketbolçularımızın ikinci cəhdi də uğursuz alınıb. Estoniya ilə qarşılaşan təmsilçimiz 60:85 hesabı ilə uduzub. III turda autsayderlər Macarıstan da Samit Nuruzadənin yetirmələrinin çox zəif olduğunu ortaya qoyub. Bizim kimi, basketbol ənənəsi olmayan rəqib 64:55 hesabı ilə qalib gəlib. 3 turdan sonra qrupda sonuncu olan yığmamız qrupda axırıncı 2 görüşünü Avstriya və Gürcüstana qarşı keçirəcək. Matçlar müvafiq olaraq, iyulun 31-də və avqustun 1-də baş tutacaq. Qeyd edək ki, Avropa birinciliyinin C divizionda oynayan U-16 yığmamız 10 komanda arasında 6-cı, B divizionunda qüvvəsini sınayan U-20 millimiz 22 ölkə arasında 20-ci yeri tutmuşdu. (Apasport) Geri qayıt |