Əsas Səhifə > Milli komandalar > Millimizin hücumçusu “Gənclərbirliyi”ndə qaldı

Millimizin hücumçusu “Gənclərbirliyi”ndə qaldı


8-07-2018, 23:17
Millimizin hücumçusu “Gənclərbirliyi”ndə qaldı

Bu mövsüm Superliqanı tərk edən “Gənclərbirliyi” heyətində “təmizləmə işləri” aparıb. Yerli mətbuatın məlumatına görə, paytaxt təmsilçisi heyətindəki 17 əcnəbi oyunçudan 10-u ilə artıq yollarını ayırıb.

Azərbaycan millisinin hücumçusu Dəniz Yılmaz isə komandada saxanılıb. Onunla birlikdə daha 6 əcnəbi gələn mövsüm kubda yer alacaq. Həmçinin 5 yerli ilə yollarını ayıran “Gənclərbirliyi” 4 yeni transfer həyata keçirib.

Qeyd edək ki, Türkiyə I liqasında hər komandanın heyətində 10 əcnəbi yer ala bilər. Onlardan 6-nın oyunlarda protokola salınmasına icazə var. Start heyətində isə maksimum 5 əcnəbi meydana çıxa bilər.
Geri qayıt