Əsas Səhifə > Milli komandalar > WKF Kubokundan 2 qızıl və 1 bürünc medal
WKF Kubokundan 2 qızıl və 1 bürünc medal7-07-2018, 17:13 |
Xəbər verdiyimiz kimi, Xorvatiyanın Umaq şəhərində keçirilən Gənclər arası Dünya Kuboku keçirilir. 21 yaşadək milli komandanın üzvü Murad Hacızadə (+84) Xorvatiyada Dünya Karate Federasiyasının (WKF) Kuboku uğrunda turnirin qalibi olub. Yarışın son günü tatamiyə çıxan digər idmançımız Fidan Teymurova (-50 kq) isə təsəlliverici görüşlərə qatılsa da bürünc medal uğrunda həlledici qarşılaşmanın sonuna yaxın qələbəni əldən verib. Bir gün əvvəl turnirdə Roman Heydərov (kata) qızıl medala, Hüseyn Alıyev (-67 kq) isə bürünc mükafata sahib olub. Bununla da karateçilərimiz nüfuzlu yarışı iki qızıl və bir bürünc medalla başa vurub. Turnirdə 68 ölkəni 1340 idmançı təmsil edib. 6-8 iyul tarixlərində WKF Gənclər Liqasında iştirak edən seçmə komandanın digər üzvləri Hüseyn Hüseynzadə (+70 kq), Xəqan Həsənov (-61 kq), Bəxtiyar Rzayev (-68 kq), Musa Sarızadə (+68 kq), Mədinə Sadıqova (-53 kq), Fərid Ağayev (-70kq), Tale Yaqubov (-63 kq) və Fidan Dadaşova (-47 kq) növbəti günlər mübarizəyə qatılacaq. İkinci dəfə keçirilən Liqa turnirində 74 ölkədən 1874 idmançı iştirak edir. Sənan Məhərrəmov, Umaq, Xorvatiya Geri qayıt |