Əsas Səhifə > Milli komandalar > Azərbaycan ağırlıqqaldıranı Şanxay Əməkdaşlıq Təşkilatı Açıq Kubokunda 3-cü yeri tutub

Azərbaycan ağırlıqqaldıranı Şanxay Əməkdaşlıq Təşkilatı Açıq Kubokunda 3-cü yeri tutub


Bu gün, 19:59


Azərbaycan ağırlıqqaldıranı Fuad Həsənov Rusiyada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatı Açıq Kuboku turnirində bürünc medal qazanıb.

BrendSport.az
xəbər verir ki, 70 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı birdən qaldırma hərəkətində 130 kiloqram ağırlığı ram edib.

Təmsilçimiz təkanla qaldırmada 160 kiloqram nəticə göstərib. İki hərəkətin cəmində 290 kiloqram nəticəyə imza atan atlet yekunda üçüncü olub.
Geri qayıt