Əsas Səhifə > Milli komandalar > Azərbaycan cüdo üzrə U-23 dünya çempionatında ilk medalını qazanıb
Azərbaycan cüdo üzrə U-23 dünya çempionatında ilk medalını qazanıbBu gün, 18:30 |
![]() Azərbaycan cüdoçusu Məhəmməd Musayev Özbəkistanın paytaxtı Daşkənddə keçirilən U-23 dünya çempionatında bürünc medal qazanıb. BrendSport.az xəbər verir ki, 66 kiloqram çəki dərəcəsində çıxış edən idmançı 3-cü yer uğrunda qarşılaşmada rusiyalı İslam Sultiqova qalib gəlib. Bu gün mübarizəyə qoşulan digər cüdoçularımız Nərgiz Əhmədova (48 kiloqram), Aysun Məmmədova (52 kiloqram), Xədicə Qədəşova, Vüsalə Hacıyeva (hər ikisi 57 kiloqram) və Ayxan Mirzəzadə (60 kiloqram) isə yarışı mükafatsız başa vurublar. Qeyd edək ki, dünya çempionatına noyabrın 22-də yekun vurulacaq. Geri qayıt |