Əsas Səhifə > Milli komandalar > Faiq Qarayev U-16 millisinin üzvləri ilə görüşüb

Faiq Qarayev U-16 millisinin üzvləri ilə görüşüb


Bu gün, 15:34


Azərbaycan Voleybol Federasiyasının (AVF) vitse-prezidenti, qadın voleybolçulardan ibarət millinin baş məşqçisi Faiq Qarayev Avropa çempionatının I təsnifat mərhələsində (EEVZA – Şərqi Avropa Voleybol Zonal Assosiasiyası çempionatı) iştirak edəcək qızlardan ibarət U-16 yığmasının üzvləri ilə görüşüb.

BrendSport.az
xəbər verir ki, mütəxəssis bu cür beynəlxalq yarışların gənc idmançılara böyük təcrübə qazandırdığını vurğulayıb, perspektivli idmançıların gələcəkdə əsas milli komandanın heyətində yer alacaqlarına ümidini ifadə edib.

Vitse-prezident voleybolçulara özlərinə inanmalarını, hədəflərinə çatmaq üçün daha ciddi və əzmlə çalışmalarını tövsiyə edib. F.Qarayev qızlarımızın yarışda uğurlu çıxış edəcəyinə inamını bildirib və onlara uğurlar arzulayıb.
Geri qayıt