Əsas Səhifə > Milli komandalar > Azərbaycanın iki güləşçisi Qazaxıstanda medal qazanıb

Azərbaycanın iki güləşçisi Qazaxıstanda medal qazanıb


Bu gün, 14:42


Qazaxıstanın Şımkent şəhərində Əməkdar məşqçi, akademik Mərdan Saparbayevin xatirəsinə yunan-Roma güləşi üzrə beynəlxalq turnir keçirilib.

BrendSport.az
xəbər verir ki, ənənəvi yarışda U-20 milli komandanın məşqçisi Akif Əliyevin rəhbərliyi altında iki güləşçimiz fəxri kürsüyə qalxıb.

77 kiloqramda baş tutan Azərbaycan finalında qardaşı Cavad Məmmədova 3:1 hesabıyla qalib gələn Davud Məmmədov çempion olub. Belədə C.Məmmədov isə gümüş medala sahib çıxıb.
Geri qayıt