Əsas Səhifə > Milli komandalar > Azərbaycan güləşçiləri Qazaxıstanda 8 medal qazanıblar
Azərbaycan güləşçiləri Qazaxıstanda 8 medal qazanıblarBu gün, 16:30 |
![]() Qazaxıstanın Kökşetau şəhərində Əməkdar məşqçi Axmetjan Kazımbetovun xatirəsinə həsr olunan sərbəst güləş üzrə yeniyetmələr arasında ənənəvi turnir keçirilib. BrendSport.az xəbər verir ki, memorialda U-17 millinin böyük məşqçisi Hacı Əliyev və məşqçi Allahverdi Vəliyevin rəhbərliyi altında 8 güləşçimiz fəxri kürsüyə qalxıb. Belə ki, Yusif Abdullayev (45 kiloqram), Süleyman Şirinov (51 kiloqram), İbrahim Həsənov (55 kiloqram) və Elcan Həsənov (65 kiloqram) qızıl, Hüseyn Rzazadə (55 kiloqram), Elvin Nəcəfzadə (92 kiloqram) gümüş, Tunar Hüseynov (48 kiloqram) və Nicat Mustafayev (110 kiloqram) isə bürünc medal qazanıblar. Geri qayıt |