Əsas Səhifə > Milli komandalar > Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlibBu gün, 17:49 |
![]() Azərbaycan boksçusu Gülər Hüseynova Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında növbəti qələbəsini qazanıb. BrendSport.az xəbər verir ki, 51 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinalda Kanada təmsilçisi ilə qarşılaşıb. Hər üç raundda üstün döyüş nümayiş etdirən Hüseynova rəqibini məğlub edərək adını finala yazdırıb. Bu qələbə ilə ən azı gümüş mükafatı təmin edən boksçu noyabrın 12-də qızıl medal uğrunda həlledici döyüşə çıxacaq. Onun finaldakı rəqibi Venesuela təmsilçisi olacaq. Geri qayıt |