Əsas Səhifə > Milli komandalar > Dakar-2026: Çimərlik güləşində iki idmançımız mübarizəyə başlayır

Dakar-2026: Çimərlik güləşində iki idmançımız mübarizəyə başlayır


Bu gün, 12:00


Noyabrın 7-də Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunları çərçivəsində çimərlik güləşi üzrə yarışlara start veriləcək.

BrendSport.az
xəbər verir ki, bu idman növündə Azərbaycanı iki idmançı təmsil edəcək. Təmsilçilərimizdən Günel Kərimli 55 kiloqram, Nihad Süleymanlı isə 80 kiloqram çəki dərəcəsində mübarizə aparacaq.

Yarışlar Bakı vaxtı ilə saat 14:30-da başlayacaq. İdmançılarımız final mərhələsinə yüksələcəkləri təqdirdə, Günel Kərimli saat 20:55-də, Nihad Süleymanlı isə saat 21:15-də həlledici görüşə çıxacaq.

Qeyd edək ki, Azərbaycan komandası Dakar-2026-da çimərlik güləşi üzrə ümumilikdə dörd idmançı ilə təmsil olunur. Digər iki təmsilçimiz isə noyabrın 8-də mübarizəyə qoşulacaq.

Geri qayıt