Əsas Səhifə > Milli komandalar > Azərbaycan şahmatçısı U-20 dünya çempionatında bürünc medal qazanıb

Azərbaycan şahmatçısı U-20 dünya çempionatında bürünc medal qazanıb


Bu gün, 12:28


Birləşmiş Ərəb Əmirliklərinin Əl-Əyn şəhərində rapid və blits üzrə gənclər arasında U-20 dünya çempionatı keçirilir.

BrendSport.az
xəbər verir ki, ölkəmizi yarışda Read Səmədov və Şiroğlan Talıbov təmsil edirlər. Rapid üzrə mübarizədə 9 turdan sonra 7 xal toplayan Read Səmədov yarışda üçüncü yeri tutub. O, liderdən cəmi yarım xal geri qalıb. Talıbov isə 6,5 xalla 8-ci olub.

Ümumilikdə turnirdə 91 şahmatçı mübarizə aparır.

Bu gün və sabah blits üzrə yarışlar keçiriləcək.
Geri qayıt