Əsas Səhifə > Milli komandalar > Dünya çempionatı: Azərbaycanın sərbəst güləşçisi finala vəsiqə qazanıb

Dünya çempionatı: Azərbaycanın sərbəst güləşçisi finala vəsiqə qazanıb


Bu gün, 17:28


Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında Azərbaycanın sərbəst güləşçisi Arseni Cioyev finala vəsiqə qazanıb.

BrendSport.az
xəbər verir ki, 86 kiloqram çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda gürcüstanlı Vladimir Qamkrelidzeyə 9:1 hesabı ilə qalib gəlib. O, həlledici görüşdə ABŞ təmsilçisi Kayl Deyklə qarşılaşacaq.

125 kiloqram çəki dərəcəsində mübarizə apartan Giorgi Meşvildişvili isə yarımfinalda rusiyalı Abdulla Kurbanova məğlub olub – 0:5. O, bürünc medal uğrunda güləşəcək.

Qeyd edək ki, hələlik Azərbaycanın aktivində 3 medal var. Yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kiloqram) və Sənan Süleymanov (77 kiloqram) dünya çempionu olublar, Nihat Məmmədli (63 kiloqram) isə gümüş mükafata sahib çıxıb.

Dünya çempionatına noyabrın 1-də yekun vurulacaq.
Geri qayıt