Əsas Səhifə > Milli komandalar > Azərbaycanın iki sərbəst güləşçisi dünya çempionatında yarımfinala yüksəlib
Azərbaycanın iki sərbəst güləşçisi dünya çempionatında yarımfinala yüksəlibBu gün, 14:30 |
![]() Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında Azərbaycanın iki sərbəst güləşçisi yarımfinala vəsiqə qazanıb. BrendSport.az xəbər verir ki, Arseni Cioyev (86 kiloqram) 1/4 finalda Yunanıstan təmsilçisi, dünya və Avropa çempionu Georgios Kugiumtsidisi 3:1 hesabı ilə məğlub edib. Giorgi Meşvildişvili (125 kiloqram) isə türkiyəli Hakan Büyükçınqılı 10:1 hesabı ilə üstələyərək adını yarımfinala yazdırıb. Nurəddin Novruzov (61 kiloqram) 1/8, Kənan Heybətov (70 kiloqram) 1/4 finalda rəqiblərinə uduzublar. Qeyd edək ki, hələlik Azərbaycanın aktivində 3 medal var. Yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kiloqram) və Sənan Süleymanov (77 kiloqram) dünya çempionu olublar, Nihat Məmmədli (63 kiloqram) isə gümüş mükafata sahib çıxıb. Dünya çempionatına noyabrın 1-də yekun vurulacaq. Geri qayıt |