Əsas Səhifə > Milli komandalar > Azərbaycan boksçuları bu il Avropa çempionatlarında 25 medal qazanıblar
Azərbaycan boksçuları bu il Avropa çempionatlarında 25 medal qazanıblarBu gün, 14:21 |
![]() Azərbaycan boksçuları 2026-cı ildə qatıldıqları dörd Avropa çempionatında ümumilikdə 25 medal qazanıblar. BrendSport.az xəbər verir ki, mükafatların 5-i qızıl, 8-i gümüş, 12-si bürünc əyarlıdır. Komandalar arasında ən çox medalı böyük potensial vəd edən U-15 millisi əldə edib. Boksçular Trabzonda yeni başa çatan Avropa çempionatında 10 dəfə fəxri kürsüyə yüksəliblər. U-17 millisi qitə birinciliyini 8 medalla başa vurub. Böyüklərdən ibarət yığma isə analoji yarışda rekord nəticə göstərərək 5 medal qazanıb. Hər iki komandanın 2 idmançısı fəxri kürsünün ən yüksək pilləsinə qalxıb və Azərbaycan Himnini səsləndirib. U-19 millisinin Avropa çempionatındakı qazancı isə 2 medal olub. Azərbaycan komandaları bu yarışların 3-də medal əyarına görə ilk “altılıq”da yer alıblar. Qitə birinciliklərində əldə olunan nəticələr bununla yekunlaşmır. Noyabrda keçiriləcək U-23 Avropa çempionatı milliyə medal sayını artırmaq imkanı yaradacaq. Geri qayıt |