Əsas Səhifə > Milli komandalar > 31 oktyabr – 1 noyabr tarixlərində İordaniyanın paytaxtı Ammanda cüdo üzrə gənclər arasında Asiya Kuboku keçiriləcək
31 oktyabr – 1 noyabr tarixlərində İordaniyanın paytaxtı Ammanda cüdo üzrə gənclər arasında Asiya Kuboku keçiriləcəkDünən, 11:13 |
![]() 31 oktyabr – 1 noyabr tarixlərində İordaniyanın paytaxtı Ammanda cüdo üzrə gənclər arasında Asiya Kuboku keçiriləcək. BrendSport.az xəbər verir ki, beynəlxalq yarışda ölkəmizi 4 çəki dərəcəsində 5 cüdoçu təmsil edəcək. İdmançılarımız tatamiyə gənc qızlardan ibarət millinin böyük məşqçisi Saşa Herkenrat-Vimar və yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılovun rəhbərliyi altında çıxacaqlar. Asiya Kubokunda 19 ölkədən 140 cüdoçu mübarizə aparacaq. Heyəti təqdim edirik: Qızlar -48 kq Gülşən Hüseynova Gülgəz Musayeva -52 kq Çinarə Sadıqova -57 kq Aytən Verdiyeva -63 kq Ayan Əliyeva Geri qayıt |