Əsas Səhifə > Milli komandalar > Azərbaycanın stolüstü tennisçisi daha bir beynəlxalq yarışın mükafatçısı olub

Azərbaycanın stolüstü tennisçisi daha bir beynəlxalq yarışın mükafatçısı olub


Bu gün, 12:30


Stolüstü tennisçi Tunar Bağırov daha bir beynəlxalq yarışın mükafatçısı olub.

BrendSport.az
xəbər verir ki, söhbət "Riga City Council's Youth Cup 2026" turnirindən gedir.

Öz yaşıdları arasında mübarizəni 1/4 finalda başa vuran 16 yaşlı stolüstü tennisçi, U-19 kateqoriyasında daha yaxşı nəticə göstərib.

Qrup mərhələsində Malta, Estoniya, İsveç, 1/16 finalda İngiltərə, 1/8-də Litva, 1/4-də Latviya idmançılarına qalib gələn Bağırov yarımfinalda litvalı rəqibinə uduzaraq 3-cü yeri tutub.

Qeyd edək ki, bu, istedadlı idmançının beynəlxalq turnirlərdə qazandığı 12-ci mükafatıdır.
Geri qayıt