Əsas Səhifə > Milli komandalar > Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq
Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaqBu gün, 12:09 |
![]() Oktyabrın 16-da Monteneqronun Budva şəhərində 19 yaşadək boksçular arasında dünya çempionatı start götürəcək. BrendSport.az xəbər verir ki, 12 gün davam edəcək mundiala milli komanda 9 idmançı ilə qatılacaq. Baş məşqçi Elbrus Rzayev dünya çempionatında Əli Əliyev (50 kiloqram), Nihat Qasımov (55 kiloqram), Əli Baxışov (60 kiloqram), Şahin Aslanov (65 kiloqram), Rza Rzayev (70 kiloqram), Renat Qiyaslı (80 kiloqram) və Səfdər Məmmədzadəyə (+90 kiloqram) şans verəcək. Qızlardan ibarət millinin baş məşqçisi İlkin Ağayev isə Banuçiçək Nəsirli (48 kiloqram) ilə Gülər Hüseynovaya (51 kiloqram) güvənəcək. Qeyd edək ki, yarışda Emil Qurbanəliyev hakimlər sırasında yer alacaq. Anar Babanlı isə referilərin işini qiymətləndirəcək. Geri qayıt |