Əsas Səhifə > Milli komandalar > Azərbaycanın U-23 minifutbol millisi dünya çempionatına heç-heçə ilə başlayıb
Azərbaycanın U-23 minifutbol millisi dünya çempionatına heç-heçə ilə başlayıbBu gün, 14:32 |
![]() Azərbaycanın minifutbol üzrə U-23 millisi dünya çempionatında ilk oyununa çıxıb. BrendSport.az xəbər verir ki, yığma Xorvatiyanın Mali Loşin şəhərində təşkil olunan mundialda Rumıniya seçməsi ilə qarşılaşıb. Görüş məhsuldar heç-heçə ilə başa çatıb – 3:3. Millinin heyətində qolları Xəzər Ağalızadə, Nihad Ağayev və Fərid Abbasov vurublar. Ümumilikdə 8 ölkənin mübarizə apardığı dünya çempionatına oktyabrın 16-da yekun vurulacaq. Geri qayıt |