Əsas Səhifə > Milli komandalar > Zelim Kotsoyev Bakıdakı dünya çempionatını medalsız başa vurub
Zelim Kotsoyev Bakıdakı dünya çempionatını medalsız başa vurubBu gün, 14:30 |
![]() Azərbaycan millisinin üzvü Zelim Kotsoyev Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında tatamiyə çıxıb. BrendSport.az xəbər verir ki, “Paris-2024” Yay Olimpiya Oyunlarının qalibi və 2024-cü ilin dünya çempionu olan Kotsoyev 100 kiloqram çəki dərəcəsində mübarizə aparıb. Yarışa 1/32 final mərhələsindən başlayan idmançı bu raundda Türkmənistan təmsilçisi Baymırat Majanovu, 1/16 finalda isə slovakiyalı Benyamin Mataseyi ipponla məğlub edib. İdmançı 1/8 finalda Rusiya təmsilçisi Arman Adamyana uduzaraq turnirlə vidalaşıb. Qeyd edək ki, dünya çempionatına oktyabrın 11-də yekun vurulacaq. Hazırda Azərbaycanın aktivində 1-i qızıl, 1-i gümüş, 3-ü bürünc olmaqla ümumilikdə 5 medal var. ![]() ![]()
Geri qayıt |