Əsas Səhifə > Milli komandalar > Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb
Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıbBu gün, 15:30 |
![]() Azərbaycan cüdoçusu Zelim Tçkayev Bakıda keçirilən dünya çempionatının finalına yüksəlib. BrendSport.az xəbər verir ki, 81 kiloqram çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda qazaxıstanlı Abulaxan Jubanazarla qarşılaşıb. Rəqibinə ipponla qalib gələn idmançı həlledici görüşə vəsiqə qazanıb. O, bu raundda gürcüstanlı Tato Qriqalaşvili ilə üz-üzə gələcək. Bu gün, həmçinin eyni çəki dərəcəsində mübarizə aparan Ömər Rəcəbli bürünc medal qarşılaşmasına çıxacaq. Daha əvvəl Vüsal Qələndərzadə (81 kiloqram) 1/8, Anna Zaytseva (63 kiloqram) 1/16 final mərhələsində rəqiblərinə uduzaraq yarışla vidalaşıblar. Qeyd edək ki, hazırda Azərbaycan millisinin aktivində 2 medal var. Əhməd Yusifov (60 kiloqram) qızıl, Rəşid Məmmədəliyev (73 kiloqram) isə bürünc mükafat qazanıb. Mundiala oktyabrın 11-də yekun vurulacaq. Geri qayıt |