Əsas Səhifə > Milli komandalar > Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq


Bu gün, 18:03


Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası oktyabrın 5-də Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışına başlayıb.

BrendSport.az
xəbər verir ki, yığma ayın 13-dək davam edəcək hazırlıq çərçivəsində “Antalyaspor”un qadın komandası ilə yoldaşlıq oyunu keçirəcək.

Oktyabrın 9-da “Titanic Deluxe Belek Football Center”də oynanılacaq görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Geri qayıt