Əsas Səhifə > Milli komandalar > Azərbaycan karateçiləri beynəlxalq yarışlarda üç medal qazanıblar
Azərbaycan karateçiləri beynəlxalq yarışlarda üç medal qazanıblarDünən, 16:12 |
![]() Azərbaycan karateçiləri oktyabrın 3-4-də Latviyada və Rusiyada keçirilmiş fullkontakt şinkyokuşin yarışlarında bir gümüş və iki bürünc medal əldə ediblər. BrendSport.az xəbər verir ki, fullkontakt şinkyokuşin karate üslubu üzrə milli komanda Latviyanın Riqa şəhərində təşkil olunan Avropa çempionatında iki mükafata sahib olub. U-21 yaş kateqoriyasında Zamin Fərəcov (75 kiloqram) ikinci yeri tutaraq gümüş medal qazanıb. Məhərrəm Əhmədov (65 kiloqram) isə bürünc medala layiq görülüb. Həmin tarixlərdə Rusiyanın Novosibirsk şəhərində keçirilən "34-cü Andrey Yakutov Memorialı”nda Azərbaycanı təmsil edən Emin İsmayıllı da mükafatçılar sırasında yer alıb. İdmançı 75 kiloqram çəki dərəcəsində üçüncü yeri tutaraq bürünc medal qazanıb. Geri qayıt |