Əsas Səhifə > Milli komandalar > Azərbaycan idmançılarının reytinq cədvəlində dəyişiklik olub

Azərbaycan idmançılarının reytinq cədvəlində dəyişiklik olub


Dünən, 17:31


Gənclər və İdman Nazirliyi (GİN) Olimpiya idman növləri üzrə milli komandaların idmançılarının oktyabrın 1-nə olan reytinq cədvəlini açıqlayıb.

BrendSport.az
xəbər verir ki, ötən ayla müqayisədə siyahıda dəyişiklik olub. Boks üzrə Avropa çempionu olan Səidcəmşid Cəfərov 350 xalla birinci pilləyə yüksəlib.

Taekvondoçu Qaşim Maqomedov 305 xalla ikinci, cüdoçu Hidayət Heydərov isə 270 xalla üçüncü sırada qərarlaşıb.

Sonra bir neçə ayda reytinqə başçılıq edən yunan-Roma güləşçisi Həsrət Cəfərov isə yeddinci sıraya geriləyib.
Geri qayıt