Əsas Səhifə > Milli komandalar > Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblarBu gün, 17:17 |
![]() İtaliyanın Jesolo şəhərində yeniyetmə və gənclər arasında WAKO dünya çempionatı keçirilib. BrendSport.az xəbər verir ki, Azərbaycan milli komandası çempionatı 10 qızıl, 4 gümüş və 2 bürünc olmaqla, ümumilikdə 16 medalla başa vurub. Komanda ümumi medal sayına görə 11-ci, rinq yarışlarında əldə olunan medalların sayına görə isə 3-cü yeri tutub. Gənclər arasında Əli Mayılzadə (57 kiloqram, “Low Kick”), Adil Əsədov (54 kiloqram, “K1”) və Gülgəz İbrahimli (48 kiloqram, “Low Kick”) dünya çempionu olublar. Yeniyetmələr arasında isə Hüseyn Mahmudzadə (42 kiloqram, “Low Kick”), Seymur Quliyev (45 kiloqram, “Low Kick”), Hüseyn Əmirli (45 kiloqram, “K1”), Nizami Əliyev (48 kiloqram, “Full Contact”), Ayxan Allahyarlı (54 kiloqram, “K1”), Cəmil Məmmədov (42 kiloqram, “K1”) və Eldar Rzayev (75 kiloqram, “Low Kick”) qızıl medal qazanıblar. Rinq hakimləri Aydın Koç Ağabəyov və Anar Məmmədov beynəlxalq A dərəcəli hakimlik statuslarını yeniləyiblər. Anar Məmmədov, həmçinin çempionatın “Ən yaxşı rinq hakimi” mükafatına layiq görülüb. Yarışda ümumilikdə 79 ölkədən idmançılar mübarizə aparıblar. Geri qayıt |