Əsas Səhifə > Milli komandalar > Azərbaycanın akrobatika gimnastları dünya çempionatının finalına yüksəliblər

Azərbaycanın akrobatika gimnastları dünya çempionatının finalına yüksəliblər


Bu gün, 17:30


Akrobatika gimnastikası üzrə Azərbaycan millisinin üzvləri İtaliyanın Pezaro şəhərində keçirilən dünya çempionatında finala vəsiqə qazanıblar.

BrendSport.az
xəbər verir ki, təsnifat mərhələsində Dünya Kubokunun qızıl medalçıları olan qadın qrupu — Anahita Bashiri, Zəhra Rəşidova və Nəzrin Zeyniyeva temp hərəkətləri proqramında (28.330 xal, 1-ci yer), Murad Rəfiyev və Daniel Abbasovdan ibarət kişi cütlüyü balans hərəkətləri proqramında (28.550 xal, 3-cü yer) həlledici mərhələdə yarışmaq hüququ əldə ediblər.

Seymur Cəfərov və Rəsul Seyidlidən ibarət digər kişi cütlüyü temp hərəkətlərində 26.200 xalla, qarışıq hərəkətlər proqramında isə 51.850 xalla finala yüksəliblər.
Geri qayıt