Əsas Səhifə > Milli komandalar > Azərbaycanı dünya çempionatında 6 paracüdoçu təmsil edəcək
Azərbaycanı dünya çempionatında 6 paracüdoçu təmsil edəcəkBu gün, 14:18 |
![]() Paracüdo üzrə Azərbaycan milli komandası sentyabrın 25-27-də Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək dünya çempionatında mübarizə aparacaq. BrendSport.az xəbər verir ki, yarışda kişilər arasında İlham Zəkiyev (J1, +95 kiloqram), Saleh Sultanov (J1, 81 kiloqram), İsmayıl Muradov (J1, 70 kiloqram) və Hüseyn İsmayılzadə (J2, 70 kiloqram), qadınlar arasında isə Dürsədəf Kərimova (J2, +70 kiloqram) və Xatirə İsmiyeva (J1, +70 kiloqram) çıxış edəcəklər. Qeyd edək ki, paracüdoçuların yarışda hazırlığına baş məşqçilər İbrahim İbrahimov və Ramin İbrahimov rəhbərlik edəcəklər. Geri qayıt |