Əsas Səhifə > Milli komandalar > Monteneqro millisinin sabiq basketbolçusu “Neftçi”yə keçib

Monteneqro millisinin sabiq basketbolçusu “Neftçi”yə keçib


Bu gün, 16:00


"Neftçi" basketbol komandası heyətini yeni legionerlə gücləndirib.

BrendSport.az
xəbər verir ki, Bakı təmsilçisi monteneqrolu hücumçu Miliç Starovlah ilə mövsümün sonunadək müqavilə imzalayıb.

Karyerası ərzində müxtəlif ölkələrin klublarında çıxış etmiş 28 yaşlı təcrübəli basketbolçu Adriatik Liqasının (ABA League) "Buduçnost" və "Mornar" kimi tanınmış komandalarının da formasını geyinib.

Monteneqro millisinin sabiq üzvünün son klubu Macarıstanın "Alba Fehervar" komandası olub.
Geri qayıt