Əsas Səhifə > Milli komandalar > Azərbaycan cüdo millisinin dünya çempionatı üçün ilkin heyəti bəlli olub
Azərbaycan cüdo millisinin dünya çempionatı üçün ilkin heyəti bəlli olubBu gün, 15:30 |
![]() Azərbaycan cüdo millisinin Bakıda keçiriləcək böyüklər arasında dünya çempionatı üçün ilkin heyəti bəlli olub. BrendSport.az xəbər verir ki, ilin ən mötəbər cüdo yarışında Azərbaycanı 12 çəki dərəcəsində 23 cüdoçu (17 kişi və 6 qadın) təmsil edəcək. İdmançılar performans direktoru, kişilərdən ibarət milli komandanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elxan Məmmədov, Elçin İsmayılov, Robert Kravçik və Slavko Tekiç, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və böyük məşqçi Saşa Herkenrat-Vimarın rəhbərliyi ilə tatamiyə çıxacaqlar. Milli Gimnastika Arenasında keçiriləcək dünya çempionatında fərdi mübarizələr oktyabrın 4–10-da, qarışıq komanda yarışı isə oktyabrın 11-də baş tutacaq. Qadınlar 48 kiloqram Şəfəq Həmidova Könül Əliyeva 52 kiloqram Gültac Məmmədəliyeva 57 kiloqram Xədicə Qədəşova 70 kiloqram Südabə Ağayeva +78 kiloqram Madina Kaisinova Kişilər 60 kiloqram Balabəy Ağayev Əhməd Yusifov 66 kiloqram Ruslan Paşayev Turan Bayramov Nizami İmranov 73 kiloqram Hidayət Heydərov Rəşid Məmmədəliyev 81 kiloqram Zelim Tçkayev Ömər Rəcəbli Vüsal Qələndərzadə 90 kiloqram Murad Fətiyev Elcan Hacıyev Süleyman Şükürov 100 kiloqram Zelim Kotsoyev +100 kiloqram Uşanqi Kokauri Kənan Nəsibov Camal Qamzatxanov Geri qayıt |