Əsas Səhifə > Milli komandalar > Azərbaycanı U-15 Avropa çempionatında təmsil edəcək boksçular bəlli olub

Azərbaycanı U-15 Avropa çempionatında təmsil edəcək boksçular bəlli olub


Dünən, 16:30


Yeniyetmə boksçular arasında U-15 Azərbaycan Kuboku keçirilib.

BrendSport.az
xəbər verir ki, yarışda 39 komandanın 97 idmançısı 17 çəki dərəcəsində mübarizə aparıb. Dörd gün davam edən turnirdə ölkənin ən güclü boksçuları müəyyənləşib.

Azərbaycan Kubokunda qalib olan idmançılar oktyabrda Türkiyənin Trabzon şəhərində keçiriləcək U-15 Avropa çempionatında milli komandanın heyətində yer alacaqlar.

U-15 Azərbaycan Kubokunun qalibləri

40 kiloqram: Hüseyn Rəhimli (Masallı)

42 kiloqram: Hümbət Almazov (Qazax)

44 kiloqram: Ələkbər Məmmədli (Tərtər)

46 kiloqram: Əlimədəd Qədirli (UGM-11)

48 kiloqram: Müslüm Ələkbərov («Neftçi» İK)

50 kiloqram: Niyaməddin Tağızadə («Qaradağ» İK)

52 kiloqram: Sənan Nəsibli (Qazax)

54 kiloqram: Sadiq Xəlilov (Naxçıvan MR)

57 kiloqram: Yusif Əli (Gəncə)

60 kiloqram: Sunay Əzimov (DİN İC)

63 kiloqram: Nazim Qazıyev (Balakən OİK)

66 kiloqram: Rəfael Abbasov (Gəncə)

70 kiloqram: Sərxan Haxverdiyev (Gəncə)

75 kiloqram: Həsən Lütfəliyev («Qızıl əlcək» İK)

80 kiloqram: Fərhad Əhmədli (DİN İC)

90 kiloqram: Teymur Tanrıverdiyev («Balakən» BK)

+90 kiloqram: Hüseyn Aydəmirli («Səbail» İK).





Geri qayıt