Əsas Səhifə > Milli komandalar > Azərbaycanı İsveçrədəki turnirdə 5 taekvondoçu təmsil edəcək
Azərbaycanı İsveçrədəki turnirdə 5 taekvondoçu təmsil edəcəkDünən, 19:30 |
![]() Azərbaycanın taekvondo üzrə gənclərdən ibarət milli komandası sentyabrın 6-da İsveçrənin Sankt-Qallen şəhərində keçiriləcək “Swiss Open” beynəlxalq turnirində mübarizə aparacaq. BrendSport.az xəbər verir ki, yarışda Azərbaycanı Xıdır Məmmədov (54 kiloqram), Fuad Məhərləmli (63 kiloqram), Cavad Ağayev (74 kiloqram), Taleh Süleymanov (87 kiloqram) və Minayə Əkbərova (46 kiloqram) təmsil edəcəklər İdmançılar milli komandanın məşqçiləri Ayxan Tağızadə və Fəridə Əzizovanın rəhbərliyi altında bu gün Sankt-Qallen şəhərinə yola düşüblər. Geri qayıt |