Əsas Səhifə > Milli komandalar > Azərbaycan idmançılarının reytinq cədvəli yenilənib
Azərbaycan idmançılarının reytinq cədvəli yenilənibBu gün, 17:09 |
![]() Gənclər və İdman Nazirliyi (GİN) olimpiya idman növləri üzrə milli komandaların idmançılarının sentyabrın 1-nə olan reytinq cədvəlini açıqlayıb. BrendSport.az xəbər verir ki, siyahıya 480 xalla yunan-Roma güləşçisi Həsrət Cəfərov başçılıq edir. Sərbəst güləşçilərdən Giorgi Meşvildişvili (460 xal) ikinci, Arseni Cioyev (420 xal) üçüncüdür. Reytinq cədvəlində, həmçinin Səidcəmşid Cəfərov (boks, 400 xal), Murad Əhmədiyev (yunan-Roma güləşi, 330 xal), Ülvü Qənizadə (yunan-Roma güləşi, 300 xal), Nürəddin Novruzov (sərbəst güləş, 270 xal), Hidayət Heydərov (cüdo, 270 xal) və İslam Bazarqanov (sərbəst güləş, 265 xal) da yer alıblar. Geri qayıt |