Əsas Səhifə > Milli komandalar > Paraüzgüçülərimiz Avropa çempionatına hazırlaşırlar

Paraüzgüçülərimiz Avropa çempionatına hazırlaşırlar


Bu gün, 14:25


Paraüzgüçülərimiz Gəncədə təlim-məşq toplanışındadırlar.

BrendSport.az
xəbər verir ki, paraüzgüçülük üzrə milli komandamızın üzvləri Raman Salei, Əli Vəliyev və Murad Məmmədov məşqçilər Faiq Əsgərov və Fyodor Kirillovun rəhbərliyi ilə avqustun 19-dan Gəncə İdman Sarayında təlim-məşq toplanışında iştirak edirlər.

Qeyd edək ki, sentyabrın 4-dək davam edəcək toplanış sentyabrın 7-12-də Türkiyənin Kocaeli şəhərində keçiriləcək Avropa çempionatına hazırlıq məqsədi daşıyır.
Geri qayıt