Əsas Səhifə > Milli komandalar > Azərbaycanın daha 3 boksçusu Avropa çempionatında növbəti qələbəsini qazanıb
Azərbaycanın daha 3 boksçusu Avropa çempionatında növbəti qələbəsini qazanıbDünən, 11:37 |
![]() Serbiyanın Loznitsa şəhərində oğlan boksçular arasında U-19 Avropa çempionatında 1/8 final mərhələsinə yekun vurulub. Mərhələnin son günündə Azərbaycan millisinin daha 3 idmançısı adını 1/4 finala yazdırıb. BrendSport.az xəbər verir ki, Nihat Qasımov (55 kq) ikinci döyüşündə Doryan Kropoqu (Çexiya) sınağa çəkib. Döyüş təmsilçimizin qələbəsi ilə başa çatıb. Qasımov üçüncü raundda tam üstünlüklə qələbə qazanıb. O, 1/4 Ruben Hujmannla (İngiltərə) münasibətinə aydınlıq gətirəcək. Əli Baxışov (60 kq) da növbəti qələbəsini qazanıb. Boksçumuz bu dəfə Petar Krpanı (Xorvatiya) mübarizədən kənarlaşdırıb – 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27). O, yarımfinala gedən yolda Kristian Haraşiklə (Slovakiya) döyüşəcək. Şahin Aslanov (65 kq) da komanda yoldaşlarının uğurunu davam etdirib. Milli üzvü Muhammad Ali Seferbekovdan (Rusiya) güclü olub – 3:2 (28:29, 29:28, 27:30, 30:27, 29:28). Aslanov 1/4 finalda Yaşua Flemminqlə (İngiltərə) üz-üzə gələcək. Bununla da oğlan boksçuların yarışında 1/4 finala vəsiqə qazanan təmsilçilərimizin sayı 4-ə yüksəlib. Daha öncə Əli Əliyev (50 kq) də bu hüquqa yiyələnib. Qeyd edək ki, bu gün qız boksçuların mübarizəsində bir idmançımız 1/8, ikisi 1/4 final döyüşünə çıxacaq. Geri qayıt |