Əsas Səhifə > Milli komandalar > Azərbaycanın çimərlik voleybolçuları beynəlxalq turnirə qatılacaqlar
Azərbaycanın çimərlik voleybolçuları beynəlxalq turnirə qatılacaqlarBu gün, 12:30 |
![]() Çimərlik voleybolu üzrə qadın və kişilərdən ibarət Azərbaycan yığma komandaları Türkiyədə keçiriləcək beynəlxalq turnirdə mübarizə aparacaqlar. BrendSport.az xəbər verir ki, reytinq xalları qazandıracaq yarış 11-16 avqust tarixlərində Türkiyənin Tekirdağ və Çatalca bölgələrində təşkil olunacaq. Yarışda Azərbaycan bir qadın (Səbinə Əlizadə/Leyla Əliyeva) və bir kişi (İbrahim Məmmədov/Muhammad Aslanlı) komandası ilə təmsil olunacaq. Geri qayıt |