Əsas Səhifə > Milli komandalar > Azərbaycanı U-19 Avropa çempionatında 13 boksçu təmsil edəcək
Azərbaycanı U-19 Avropa çempionatında 13 boksçu təmsil edəcəkBu gün, 17:08 |
![]() Avqustun 13-də Serbiyanın Loznitsa şəhərində 19 yaşadək boksçular arasında Avropa çempionatı start götürəcək. BrendSport.az xəbər verir ki, 9 gün davam edəcək yarışa millimiz 13 idmançı ilə qatılacaq. Məşqçilər korpusu U-19 Avropa çempionatında Əli Əliyev (50 kiloqram), Nihat Qasımov (55 kiloqram), Əli Baxışov (60 kiloqram), Şahin Aslanov (65 kiloqram), Rza Rzayev (70 kiloqram), Adil Zalov (75 kiloqram), Renat Qiyaslı (80 kiloqram), Heydər Əzməmmədov (85 kiloqram), Zaur Səmədov (90 kiloqram), Səfdər Məmmədzadə (+90 kiloqram), Banuçiçək Nəsirli (48 kiloqram), Gülər Hüseynova (51 kiloqram) və Əminə Tağıya (54 kiloqram) şans verəcək. Yarışda Emil Qurbanəliyev və Asif Məmmədov hakimlər sırasında yer alacaqlar. Anar Babanlı isə referilərin işini qiymətləndirəcək. Geri qayıt |