Əsas Səhifə > Milli komandalar > Azərbaycan güləşçiləri Buxarestdə 5 medal qazanıblar
Azərbaycan güləşçiləri Buxarestdə 5 medal qazanıblarBu gün, 18:29 |
![]() Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə “Yon Kornianu & Ladislav Simon” turniri keçirilib. BrendSport.az xəbər verir ki, memorialda ölkəmizi yunan-Roma güləşi üzrə millinin üzvləri təmsil ediblər. Böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Rövşən Bayramovun rəhbərliyi altında ənənəvi yarışda mübarizə aparan güləşçilərimiz 5 medal qazanıblar. Fərid Sadıxlı (55 kiloqram), Fərid Xəlilov (67 kiloqram), Qurban Qurbanov (87 kiloqram) və Məzaim Mərdanov (130 kiloqram) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. İlkin Qurbanov (63 kiloqram) isə bürünc medal qazanıb. Azərbaycan millisi komanda hesabında 2-ci yeri tutub. ![]() ![]() ![]() ![]()
Geri qayıt |