Əsas Səhifə > Milli komandalar > Azərbaycan voleybol millisi Yunanıstanla hər iki yoxlama oyununda qələbə qazanıb

Azərbaycan voleybol millisi Yunanıstanla hər iki yoxlama oyununda qələbə qazanıb


Dünən, 13:11


Avropa çempionatına hazırlığı davam etdirən qadın voleybolçulardan ibarət Azərbaycan millisi Yunanıstanda təşkil olunan təlim-məşq toplanışı çərçivəsində iki yoxlama oyununda qüvvəsini sınayıb.

BrendSport.az
xəbər verir ki, komanda Afinada Yunanıstan yığması ilə iki dəfə qarşılaşıb. Millimiz hər iki oyunda 3:1 hesablı qələbə qazanıb.

Qeyd edək ki, Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv Avropa çempionatına hazırlığının son mərhələsini Bakıda keçəcək.
Geri qayıt