Əsas Səhifə > Milli komandalar > Azərbaycan paralimpiyaçısı reytinq turnirində qızıl medal qazanıb
Azərbaycan paralimpiyaçısı reytinq turnirində qızıl medal qazanıbBu gün, 12:38 |
![]() Azərbaycanın boccia üzrə milli komandasının üzvü Sona Ağayeva Misirin paytaxtı Qahirədə keçirilən Çellencer turnirində qızıl medal qazanıb. BrendSport.az xəbər verir ki, BC2 kateqoriyasında mübarizə aparan idmançı Portuqaliya təmsilçisi Monika Koşta və Yeni Zelandiyadan olan Xloi Stört üzərində qələbə qazanıb. Qeyd edək ki, turnir “Los-Anceles-2028” Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandırır. Geri qayıt |