Əsas Səhifə > Milli komandalar > İdmançımız Minskdə bürünc mükafat qazanıb

İdmançımız Minskdə bürünc mükafat qazanıb


Dünən, 11:30


Azərbaycan milli komandasının üzvü Fatimə Alkərəmova Minsk şəhərində baş tutmuş Belarus Açıq Üzgüçülük Kubokunda 3-cü yeri tutub.

BrendSport.az
xəbər verir ki, idmançımız qarışıq üsul ilə 400 metr məsafəni 5:11.93 vaxta qət edərək bürünc medal qazanıb.

Bras üsulu ilə 100 metr məsafədə isə Fatimə öz nəticəsini yaxşılaşdırmağa nail olub.

Cari yarşdakı nəticəsi: 1:17.41
Öncəki ən yaxşı nəticəsi: 1:17.50

Qeyd edək ki, turnir 14-18 iyul tarixlərində keçirilib. Ölkəmizi Fatimə Alkərəmova təmsil edib. Məşqçi – Yana Xasyanova.
Geri qayıt