Əsas Səhifə > Milli komandalar > Dünya Qadın Seriyasında "Bakı" mərhələsinin oyunları davam edir
Dünya Qadın Seriyasında "Bakı" mərhələsinin oyunları davam edirDünən, 18:47 |
![]() 18 iyul 3x3 basketbol üzrə Dünya Qadın Seriyasında Bakı mərhələsinin ilk oyun gününün görüşləri keçirilib. BrendSport.az xəbər verir ki, Bakı mərhələsində qadınlardan ibarət millimiz ilk təsnifat oyununda Benin yığmasına 21:3 hesabı ilə qalib gəlsə də, ikinci görüşdə Brazilya seçməsinə 9:19 hesabı ilə məğlub olaraq, mübarizəni dayandırıb. Klub komandamız "Neftçi" ilk qrup oyununda Çexiyanın "Praqa" klubu ilə qarşılaşıb və rəqib üzərində 18:14 hesablı qələbəyə sevinib. İkinci qrup oyununda isə "Neftçi 16:21 hesabı ilə Litva millisinə məğlub olsa da, 1/4 final şanslarını qoruyub saxlayır. Qeyd edək ki, qrupda ilk iki sıranı tutmuş kollektivlər 1/4 finala vəsiqə qazanacaqlar. 1/4 final oyunları 19 iyulda baş tutacaq. Geri qayıt |