Əsas Səhifə > Milli komandalar > Azərbaycan Alpinizm Federasiyasının gənclərdən ibarət milli komandası ilk dəfə olaraq idman dırmanması üzrə keçirilən Dünya Gənclər Çempionatında ölkəmizi təmsil edəcək

Azərbaycan Alpinizm Federasiyasının gənclərdən ibarət milli komandası ilk dəfə olaraq idman dırmanması üzrə keçirilən Dünya Gənclər Çempionatında ölkəmizi təmsil edəcək


Dünən, 23:16


Azərbaycan Alpinizm Federasiyasının gənclərdən ibarət milli komandası ilk dəfə olaraq idman dırmanması üzrə keçirilən Dünya Gənclər Çempionatında ölkəmizi təmsil edəcək.

BrendSport.az
xəbər verir ki, yarış 18–25 iyul 2026-cı il tarixlərində İtaliyanın Arco şəhərində yerləşən Rock Master Climbing Stadium-da keçiriləcək. Bu çempionat gənc idmançılar üçün dünyanın ən nüfuzlu beynəlxalq yarışlarından biridir və U17 və U19 yaş kateqoriyaları üzrə Boulder, Lead və Speed növlərində təşkil olunur.

Azərbaycan Alpinizm Federasiyası üçün bu iştirak tarixi əhəmiyyət daşıyır. Federasiyanın gənclərdən ibarət milli komandası ilk dəfə olaraq Dünya Gənclər Çempionatında mübarizə aparacaq. Bu, Azərbaycan alpinizm və idman dırmanması tarixində mühüm mərhələ olmaqla yanaşı, gənc idmançılarımız üçün beynəlxalq təcrübə qazanmaq, dünyanın ən güclü rəqibləri ilə yarışmaq və ölkəmizi ən yüksək səviyyədə təmsil etmək baxımından böyük əhəmiyyət kəsb edir.

Arco şəhəri uzun illərdir ki, dünya idman dırmanmasının əsas mərkəzlərindən biri hesab olunur və ən nüfuzlu beynəlxalq yarışlara ev sahibliyi edir. 2026-cı il Dünya Gənclər Çempionatında təxminən 60 ölkədən 650-yə yaxın idmançı, 180 məşqçi və komanda nümayəndəsi iştirak edəcək. Ümumilikdə yarışda 1000-dən çox iştirakçının olması gözlənilir.

Azərbaycan Alpinizm Federasiyasının məqsədi bu mötəbər yarışda ölkəmizi layiqincə təmsil etmək, gənc idmançıların beynəlxalq arenada inkişafına töhfə vermək və gələcək illərdə dünya səviyyəli yarışlarda davamlı iştirak üçün möhkəm zəmin formalaşdırmaqdır. Bu çempionatda ilk iştirak Azərbaycan gənclərinin beynəlxalq idman ailəsinə inteqrasiyası istiqamətində mühüm addım hesab olunur.
Geri qayıt