Əsas Səhifə > Milli komandalar > Azərbaycanın qızlardan ibarət basketbol millisi İsveçrə ilə qarşılaşıb

Azərbaycanın qızlardan ibarət basketbol millisi İsveçrə ilə qarşılaşıb


Bu gün, 17:09


Azərbaycanın qızlardan ibarət U-20 basketbol millisi FIBA Avropa çempionatının B divizionunda sonuncu oyununa çıxıb.

BrendSport.az
xəbər verir ki, komanda İsveçrə ilə qarşılaşıb.

Bolqarıstanın Samokov şəhərində, Bakı vaxtı ilə saat 16:15-də start götürən görüş rəqibin qələbəsi ilə yekunlaşıb - 63:56.

Beləliklə, Azərbaycan millisi turniri 11-ci pillədə başa vurub.
Geri qayıt