Əsas Səhifə > Milli komandalar > Stolüstü tennisçilərin Portuqaliya sınağı

Stolüstü tennisçilərin Portuqaliya sınağı


Bu gün, 11:00


Stolüstü tennisçilər növbəti Avropa çempionatında istirak edəcəklər. Seçmə komandamızın uzvləri bu məqsədlə Portuqaliyaya yola düşublər.

BrendSport.az
xəbər verir ki, Qondomar şəhərində təşkil olunacaq yarışda kişilərdən ibarət seçmə komandanın baş məşqçisi Mixail Timofeyevlə, gənclərdən ibarət milli komandaların baş məşqçiləri Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi ilə Adil Əhmədzadə, Rüstəm Hacılı, Tunar Bağırov, Onur Quluzadə, Ruslan Kərimov, Mərziyyə Nurmətova, Aylin Əsgərova, Şəbnəm Mansurova, Xədicə Babazadə və Yağmur Məmmədli qələbə uğrunda mübarizə aparacaq.

Beynəlxalq dərəcəli hakim Zaur Mikayılov isə iyulun 10-dan 19-dək keçiriləcək çempionatın oyunlarını idarə edəcək.
Geri qayıt