Əsas Səhifə > Milli komandalar > İki millimiz eyni təyyarədə Astanaya yola düşdü

İki millimiz eyni təyyarədə Astanaya yola düşdü


3-06-2018, 13:27


İyunun 5-də Astanada Qasaxıstan millisi ilə yoldaşlıq oyunu keçirəcək yığmamız ölkəni tərk edib.

Qurban Qurbanovun başçılıq etdiyi komanda bu gün saat 12:00-da çarter reysi ilə Qazaxıstana yola düşüb. Bu matçdan bir gün əvvəl qazaxıstanlı həmyaşıdları ilə üz-üzə gələcək 21 yaşadək futbolçulardan ibarət yığmamız da əsas milli ilə eyni təyyarədə səfərə yollanıb.

Qeyd edək ki, Qazaxıstan və Azərbaycanın U-21 yığmaları arasındakı oyun Bakı vaxtı ilə saat 13:00-da, A millilərinin görüşü isə 18:00-da başlayacaq.
Geri qayıt