Əsas Səhifə > Milli komandalar > Onur Quluzadə Çinə yollanıb
Onur Quluzadə Çinə yollanıbBu gün, 12:49 |
![]() Stolüstü tennisçi Onur Quluzadə növbəti beynəlxalq təlim-məşq toplanışında iştirak edəcək. BrendSport.az xəbər verir ki, seçmə komandanın üzvü baş məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə, iyunun 16-dən iyulun 4-dək Çin Xalq Respublikasının Hebey əyalətinin Şiszyaçjuan şəhərində yerləşən “Zhenq Dinq” təlim-məşq bazasında hazırlıq keçəcək. Bu mərkəz Çinin stolüstü tennis üzrə milli komandalarının əsas bazalarından hesab olunur. Qeyd edək ki, təlim-məşq toplanışı qarşıdakı beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır. Geri qayıt |