Əsas Səhifə > Milli komandalar > Avstraliya millisinin dünya çempionatı üçün heyəti müəyyənləşib
Avstraliya millisinin dünya çempionatı üçün heyəti müəyyənləşibBu gün, 16:09 |
![]() Futbol üzrə dünya çempionatında iştirak edəcək Avstraliya millisinin heyəti müəyyənləşib. BrendSport.az xəbər verir ki, komandanın baş məşqçisi Toni Popoviç 26 futbolçudan ibarət yekun siyahını açıqlayıb. Qapıçılar: Patrik Biç, Pol İzzo, Metyu Rayan; Müdafiəçilər: Aziz Behiç, Cordan Bos, Kemeron Börcess, Alessandro Çirkati, Miloş Degenek, Ceyson Geriya, Lukas Herrinqton, Ceykob İtalyano, Harri Souttar, Kay Truin; Yarımmüdafiəçilər: Kemeron Devlin, Aydin Xrustiç, Cekson İrvin, Konnor Metkalf, Pol Okon-Enqstler, Ayden O'Nill; Hücumçular: Nestori İrankunda, Metyu Lekki, Auer Mabil, Mohamed Ture, Nişan Velupillay, Kristian Volpato, Tete Yenqi. Avstraliya millisi D qrupunda Türkiyə, ABŞ və Paraqvayla qarşılaşacaq. Qeyd edək ki, dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək. Geri qayıt |